Bakıda avtobusda tapılan noutbuk sahibinə verildi (FOTO)
Bir neçə gün öncə "BakuBus”a məxsus Hava Limanı ekspress xətti üzrə hərəkət edən avtobusda xarici vətəndaşa məxsus olduğu güman edilən Apple MacBook Pro noutbuku sahibinə verilib.
Bu barədə BAKU.WS-ə "BakuBus” MMC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, həmin noutbukun tapılması üçün "BakuBus” tərəfindən istehsalçı şirkətə müraciət olunub. Noutbukun sahibinin mail adresi əldə olunaraq onunla əlaqə saxlanılıb.
Məlum olub ki, noutbukun sahibi olan şəxs Ukrayna vətəndaşıdır.
Əşya sahibinin nümayəndəsi tələb olunan zəruri məlumatlar və sənədlərlə bu gün "BakuBus” MMC-in inzibati binasına yaxınlaşaraq notbuku təhvil alıb.
Oxşar xəbərlər
Bakıda qadın sürücünün avtomobili ilə “BakuBus”-ın avtobusunun toqquşma anının - VİDEOSU
Bakıda avtobusun iştirakı baş verən yol qəzasının videogörüntüsü yayılıb. BAKU.WS xəbər verir ki, BakuBus”-ın mətbuat xidmətindən APA-ya bildirilib ki, yanvarın...