BakuBus-dan hərbçilərə güzəşt: gediş haqqı alınmayacaq
06
apr
2016
11:45
Bü gündən etibarən hərbçilər BakuBus-a məxsus avtobuslardan pulsuz istifadə edəcəklər.
Bu barədə BAKU.WS-ə qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, "Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edə bilərlər.
«BakuBus olaraq bu hüququnuzu tanımayan sürücülərlə bağlı *4242 Çağrı Mərkəzimizə məlumat verməyinizi xahiş edirik», - deyə məlumatda bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda hərbi xidmətdən yayınanlara qadağa
Müddətli həqiqi hərbi xidmətdə çağırışdan boyun qaçıran vətəndaşlar haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsinə başlanılıb. B...