Bakının mərkəzində camaatı aldatdılar... - Video

Bakının mərkəzində camaatı aldatdılar... - Video
Hadisə 3586

Daha bir mənzil tikintisi şirkətinin dələduzluğu ilə bağlı redaksiyamıza müraciət daxil olub.

Şikayətçilər "Qafqazinfo”ya bildiriblər ki, "İdeal-İ İnşaat" MTK 60 mənzili 90 nəfərə satıb. Bu səbəbdən də 5 ildən çoxdur ki, mənzil sahiblərinə açarları təhvil vermək istəmir. 

Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllənin Dilarə Əliyeva küçəsinə çıxan ərazidə inşa olunan binadan ev almaq istəyən vətəndaşlar 180 - 250 min manat arasında ödəniş edib. Binanın inşasına 2007-ci ildə başlanılıb və 2012-ci ildə tikinti yekunlaşıb. Ancaq tikinti yekunlaşsa da, mənzillər öz sahiblərinə təhvil verilməyib.

Mənzil sahibi Qvami Abbasov pulu birbaşa şirkət rəhbərliyinə ödədiyini söyləyir: "Şirkətin təsisçisi İsa Məmmədov və direktoru isə yaxın qohumu Çingiz Məmmədovdur. Son 2 ayda, ümumiyyətlə, biz bu insanlarla görüşə bilmirik. 60 mənzil 90 nəfərə satılıb. Şirkətdən mənzil sahiblərinin siyahısını tələb edirik, məhz bu səbəbdən verilmir. 2005-ci ilin mart ayında "Alyans Z" MTK ilə "İdeal V" tikinti şirkəti arasında müştərək fəaliyyətə dair müqavilə imzalanıb. Lakin sonradan "Alyans Z" MTK ilə "İdeal V" şirkəti arasında mübahisə yaranıb”.

"Qafqazinfo” şikayət əsasında "İdeal-İ İnşaat" MTK ofisində olub. Bildiriblər ki, onların "İdeal V" şirkəti ilə hər hansı bir əlaqəsi yoxdur.

BAKU.WS

Son xəbərlər