Abid Şərifov: Mikrorayondan köçürülən sakinlər güzəştli şərtlərlə mənzil ala biləcəklər
1-ci mikrorayon ərazisindən köçürülən sakinlər yeni binalardan güzəştlə mənzil alacaqlar.
BAKU.WS Report-a istinadən bildirir ki, bunu jurnalistlərə baş nazirin müavini Abid Şərifov deyib.
A.Şərifov bildirib ki, sökülən binalardan köçürülən sakinlər həmin ərazidə tikilən yeni binalarda güzəştlə mənzil ala biləcəklər: "Dövlətin zəmanəti ilə kim hansı binadan köçürülübsə həmin binanın yerində tikiləcək yeni binadan güzəştli şərtlərlə mənzil alacaq. Yeni layihəni həyata keçirmək üçün tikinti şirkətləri arasında tender elan olunacaq. Hansı şirkət istəyirsə iştirak edə bilər. Lakin, bildiyiniz kimi Bakı şəhəri ərazisində kooperativ və ya qeyri kooperativ binaların tikintisinə çox vaxt sərf olunur. Tenderdə iştirak edən tikinti şirkətləri qarşısında belə bir tələb qoyulacaq ki, tez bir zamanda layihənin icrasını başa çatdırsınlar”.
BAKU.WS
Oxşar xəbərlər
Prezidentdən göstəriş: aylıq 200 manatdan ucuz mənzillər satışa çıxır
"Gələn ildən sosial mənzillərə sahib olmaq üçün müraciətlər başlanıla bilər. Azərbaycan Respublikası Prezidentinin "Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyət...