Bakının başqa ərazilərində də sürüşmə aktivləşdi - Təhlükə böyüyür

Bakının başqa ərazilərində də sürüşmə aktivləşdi - Təhlükə böyüyür
Hadisə 1899
Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun "Nübar" qəsəbəsində ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə sürüşmə prosesinin dinamikasında aktivləşmə müşahidə edilir.BAKU.WS xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.R.Həsənovun sözlərinə görə, sürüşmə sahəsindəki çatların parametrləri artıb.Mütəxəssis qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində akltivlik müşahidə edilib.Həmin yerlərdə atmosfer yağıntılarının təsirindən qrunt sularının qalxması nəticəsində əraziləri su basıb.BAKU.WS

Oxşar xəbərlər

Abşeronda təhlükə: Vulkanların yaxınlığındakı sürüşmə sahələrində çatlar genişlənib

Abşeronda təhlükə: Vulkanların yaxınlığındakı sürüşmə sahələrində çatlar genişlənib

“Hökməlidə Nubar qəsəbəsi və Masazırda “Zəli gölü” çökmə - sürüşmə sahələrinin dinamikasında aktivlik müşahidə edilir”.BAKU.WS-in məlumatınba görə, bunu APA-ya...

1499 Sosial 19:08 23 oktyabr 2017

Son xəbərlər