Bakının mərkəzində əcnəbini taladılar
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 8-də Böyük Britaniya vətəndaşı T.Aleksandranın Səbail rayonu, Nizami küçəsində gödəkçəsinin yan cibindən “İphone 6” markalı mobil telefonunun cibgirlik yolu ilə talanması ilə bağlı polisə müraciət daxil olub.
Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ərazidə xidmət aparan Səbail RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində oğurluq əməlində şübhəli bilinən 1993-cü il təvəllüdlü, Gəncə şəhərində qeydiyyatda olan Kamran İsmayılov maddi sübutla birlikdə saxlanılaraq Səbail RPİ 39-cu Polis Bölməsinə təhvil verilib. İlkin araşdırmalar zamanı müəyən olunub ki, o, Türkiyə Respublikasının Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunub.
Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-in müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslər...