Bakının iki rayonunda işıq olmayacaq
Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə BAKU.WS-ə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Kamal Rəhimov, Dadaş Bünyadzadə, Xaqan Dadaşov, Xıdır Mustafayev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Energetik küçələrinin bəzi yerlərini əhatə edəcək.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
Şamaxı rayonununda ötən gecə yağan güclü yağış fəsadlar törədib. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, Aşıq Məmmədağa küçəs...