Bakıda yolu keçən piyada 4 avtomobilin toqquşmasına səbəb oldu

Bakıda yolu keçən piyada 4 avtomobilin toqquşmasına səbəb oldu
Hadisə 864
Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.BAKU.WS Report-a istinadla xəbər verir ki, qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.Məlumata görə, Alı Mustafayev küçəsi ilə hərəkət edən 01-BT-135 dövlət nömrə nişanlı "Opel Zafira" markal avtomobil yolu qadağan olunmuş yerdən keçən piyadanı vurmamaq üçün sərt tormozlanma edib. Bu zaman arxasınca hərəkət edən digər avtomobillər ona çırpılıb.Hadisə zəncirvari qəzanın lap sonunda olan 99-TK-311 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürətlə hərəkət etməsi və məsafə saxlamaması nəticəsində baş verib. Belə ki, həmin avtomobil 99-NR-358 dövlət nömrə nişanlı "Mercedes Benz"ə, o, 10-SS-668 dövlət nömrə nişanlı digər "Mercedes Benz"ə, həmin maşın isə 01-BT-135 dövlət nömrə nişanlı "Opel Zafira" markalı avtomobilə çırpılıb.Nəticədə hər 4 avtomobilə ciddi ziyan dəyib və yolda sıxlıq yaranıb. Ölən və xəsarət alan yoxdur.

Oxşar xəbərlər

Ağdamda 3 avtomobil toqquşdu - FOTOLAR

Ağdamda 3 avtomobil toqquşdu - FOTOLAR

Ağdamda zəncirvarı qəza baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.Hərəkətdə olan “VAZ 2106" markalı "10 CJ...

1115 Hadisə 20:00 16 iyun 2019

Son xəbərlər