Bakıda yaranan avtomobil sıxlığının səbəbi bilindi - VİDEO

Bakıda yaranan avtomobil sıxlığının səbəbi bilindi - VİDEO
Video
Hadisə 649

Bu gün səhər saatlarında Bakıda mərkəzi yollardan biri sayılan Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə olunub.

Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə video göndərilib.

Görüntülərdən məlum olur ki, 20 Yanvar dairəsindən Tbilisi prospektinə istiqamət alan avtomobillər hərəkət etməkdə çətinlik çəkib.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Bakı şəhərində karantin postları fəaliyyətə başlayıb. Polislər və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşların evdən çıxmaqla bağlı sms icazəsinin olub-olmamasını yoxlayır, yaşayış yerini tərk etmək icazəsi olmayan şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülür.

Karantin postları ilə yanaşı şəhərin müxtəlif ərazilərində Daxili İşlər Nazirliyi əməkdaşlarından ibarət mobil postlar da fəaliyyət göstərir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər