Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb
15
noy
2019
10:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.Qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 27 yaşlı qadın iki uşağı ilə itkin düşüb
Bakıda ana iki uşağı ilə birgə itkin düşüb.BAKU.WS xəbər verir ki, hadisə oktyabrın 24-də Nərimanov rayon ərazisində baş verib.Belə ki, 1992-ci il təvəllüdlü La...