Bakı polisi 18 yaşlı bu qızı axtarır

08
okt
2019
09:47
Bakıda 18 yaşlı gənc itkin düşüb.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.Belə ki, 2001-ci il təvəllüdlü Fatimə Kəlbəliyeva saat 12:30 radələrində yaşadığı Nərimanov rayonu, Nərimanov küçəsi 11 ünvanından çıxaraq Bakı Biznes və Kooperasiya kollecinə gedib. Daha sonra o, bir müddət orada qalıb və kolleci tərk edərək evə qayıtmayıb.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 18 yaşlı qızı oğurladılar
Bakıda gənc qız oğurlanıb.BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.Belə ki, 2001-ci il təvəllüdlü S.Ə....
