Bakıda 27 yaşlı qadın iki uşağı ilə itkin düşüb
06
noy
2019
09:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ana iki uşağı ilə birgə itkin düşüb.BAKU.WS xəbər verir ki, hadisə oktyabrın 24-də Nərimanov rayon ərazisində baş verib.Belə ki, 1992-ci il təvəllüdlü Lamiya Əlizadə oğlu - 2010-cu il təvəllüdlü Emil Məmişov və qızı - 2013-cü il təvəllüdlü Günay Məmişova ilə birgə Xətai rayon ərazisində yerləşən "Megafun" əyləncə mərkəzinə gedib. O, bir müddət sonra həyat yoldaşı ilə əlaqə saxlayıb və Ə.Rəcəbli küçəsi-3 ünvanında yaşayan bacısının evinə gedəcəyini deyib və bir daha geri qayıtmayıb.Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 50 yaşlı qadın itkin düşdü
Bakıda orta yaşlı qadın itkin düşüb.BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 174 ü...