Bakıda itkin düşmüş 44 yaşlı qadını polis evə qaytarıb
05
iyl
2019
12:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda itkin düşmüş 44 yaşlı qadın evə qayıdıb.“Report”un xəbərinə görə, hadisə noyabrın 1-də paytaxtın Yasamal rayonunun A.Abbasov küçəsi ərazisində baş verib.Belə ki, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü K.Babayeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində K.Babayevanın yaşadığı ünvana qayıtması təmin edilib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...