Bakıda top mərmisi tapıldı - FOTO

Bakıda top mərmisi tapılıb.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniklər qrupu cəlb edilib.
İlk növbədə, XRXX-nin əməkdaşları hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birlikdə ərazidəki insanları təhlükəsiz məsafəyə uzaqlaşdırıb və kənar şəxslərin əraziyə girişini məhdudlaşdırıb. Sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd 76 millimetrlik top mərmisinin döyüş tətbiqinə yararsız gövdəsi aşkar olunaraq ərazidən götürülüb.
Hadisə yerinə və yaxın əraziyə təkrar baxış zamanı hər hansı başqa şübhəli və ya təhlükəli əşya aşkar edilməyib.
Qalereya
Oxşar xəbərlər
FHN güclü küləyin törətdiyi fəsadlarla bağlı görülən tədbirlər barədə məlumat yaydı - VİDEO
İyulun 28-i gecədən başlayaraq Bakı şəhərində güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən ve...
