Bakıda telefon terrorçusu axtarılır
Yeniliklərdən dərhal xəbərdar olun
Qaradağ rayon Polis İdarəsinin əməkdaşları telefon terroru faktını araşdırırlar.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Mayın 5-i saat 02:33 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə zəng edən və özünü Samir Ağayev kimi tanıdan naməlum şəxs Müşfiqabad qəsəbəsində yerləşən bütün fabriklərdə terror aktları planlaşdırıldığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin özünü başqa adla təqdim etdiyini bildiriblər. Ancaq həyəcan zənginin edildiyi telefon nömrəsi müəyyən edilib.
Hazırda əməliyyatçılar telefon terrorçusunun müəyyənləşdirilməsi və tutulması üçün tədbirlər həyata keçirirlər.
Qeyd edək ki, Müşfiqabad qəsəbəsində bir sıra fabriklər fəaliyyət göstərir.
Oxşar xəbərlər
Tanış qadınla yad kişini yatağa salıb videoya çəkdi və... - Bakıda DƏHŞƏTLİ OLAY
Bakıda intim əlaqədə olduğu qadını şantaj etməkdə təqsirli bilinən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Samir Məmmədov və onun dostu Sadiq Əliyevin cinay...