Bakıda şiddətə məruz qalan 9 yaşlı Tunar evdən qaçdı - Polis ananı axtarır

Bakıda şiddətə məruz qalan 9 yaşlı Tunar evdən qaçdı - Polis ananı axtarır
Foto
Hadisə 747
Bakıda anası tərəfindən zorakılığa məruz qalan 9 yaşlı Tunar Əhmədli evdən qaçıb. BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları Birliyi" İB-nin və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat verib.Hüquq müdafiəçisi Tunarın polis əməkdaşları tərəfindən sığınacağa gətirildiyini deyir:"Turan Abşeron Polis İdarəsinin əməkdaşı tərəfindən gətirilib. 5 gün əvvəl evdən qaçıb. Dediyinə görə, anası tərəfindən mütəmadi olaraq şiddət görüb. Bədənində yetərincə izlər də var. Tunarın dediyinə görə, çapıq, kəsik izlərini anası xəsarət yetirərkən alıb".Azyaşlının sözlərinə görə, Sumqayıtda, Xırdalanda kirayələrdə yaşayıblar. Tunar 2 gün ərzində polis əməkdaşları ilə həmin ərazilərə aparılıb, ancaq anası tapılmayıb. Anasının adı Aysel, atasının adı Rasimdir. Qeyd edək ki, Tunarın fotosu sosial şəbəkədə paylaşıldıqdan sonra atası tapılıb.Zülfiyyə Qurbanova

Oxşar xəbərlər

Son xəbərlər