Bakıda şadlıq evində dava: Bıçaqlanan var
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə saat 23 radələrində Binəqədi rayonunda yerləşən "White Palace" şadlıq evində keçirilən məclis zamanı dava-dalaş olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü S.P. 2005-ci il təvəllüdlü H.X.-ya döş qəfəsinə daxilə nüfuz edən və sol qoluna daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirərək qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində S.P. saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib.
Hadisə zaman hər iki şəxsin spirtli içkinin təsiri altında olması bildirilir.
Hazırda Binəqədi RPİ-də araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...