Bakıda sahibkar "rəqib"inin yeni gətirilən avtobuslarının təkərlərini deşib
Bakıda köhnə marşrut sahibi yeni sahibkarın gətirdiyi avtobuslara hücum çəkib.
BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində qəsəbədaxili marşrut kimi fəaliyyət göstərən 56 nömrəli marşrutun sahibi Niyazi İsmayılov adlı şəxs bu gün yeni xəttə çıxan digər sahibkarın işinə əngəl olub. Belə ki, onun yeni avtobusların təkərlərini deşərək maddi ziyan vurduğu bildirilir. Digər tərəfdən, köhnə avtobuslarla xəttə çıxaraq sərnişin daşımağa davam edib.
Qeyd edək ki, eyni avtobuslar kiçiktutumlu olsa da, yenidir və isitmə-soyutma sisteminə malikdir. Ayaq üstdə duran sərnişinlərlə birlikdə 27 nəfəri daşıya bilir. Hazırda xəttə 4 yeni avtobus buraxılıb.
Məlumata görə, Niyazi İsmayılov hazırda Səbail polisi tərəfindən saxlanılıb. Yeni avtobusların şüşələrini də qırmaqla hədə-qorxu gələn iş adamı barəsində ciddi tədbir görüləcək. Onun ziyan vurduğu avtobusların isə artıq 2 ədədi xəttə çıxıb. Digərləri də gün ərzində sərnişinlərə xidmət göstərəcək.
Qalereya
Oxşar xəbərlər
Bakıda küçədən kişi meyiti tapıldı
Bakıda küçədən meyit tapılıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, X.Məmmədov küçəsi, ev 38-in qarşısında baş verib. Gəncə şəhər sak...