Bakıda restoranda dava: Həbs olunan var
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ərazisində yerləşən restoranlardan birində dava düşüb.
"Qaynarinfo"nun məlumatına görə, restoranda dava salanlardan biri kişi, digəri isə qadın olub.
Bu səbəbdən 2002-ci il təvəllüdlü A.S. saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddəsi ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib.
Dava zamanı restoranının şüşələri sınıb və bir sıra əmlaklarına ziyan dəyib. Dava ad günü şənliyində olub. Belə ki, A.S. dostunun dəvəti ilə sözügedən restoranda ad günü tədbirində iştirak edib. Təqsirləndirilən şəxs orada viski içib və digər masada olan R.T. adlı qadından nalayiq ifadə eşidib. Həmin ifadələrin onun ünvanına deyildiyini zənn edərək, onunla mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib. Tərəflər restoranın həyətində də mübahisələrini davam etdiriblər. A.S. əsəbindən tanımadığı şəxsin nəqliyyat vasitəsini yumruq və təpiklə vurmağa başlayıb.
Məhkəmədə ifadə verən restoranın administratoru M.F. hadisə zamanı əmlaka ziyan vurulduğunu deyib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 8 gün müddətinə həbs olunub.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...