Bakıda qırmızı işıqdan keçən xanım sürücü ağır qəza törətdi - VİDEO

Bakıda qırmızı işıqdan keçən xanım sürücü ağır qəza törətdi - VİDEO
Video
Hadisə 1234

Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, Lamiyə Əbəçiyeva idarə etdiyi “Jeep” markalı avtomobillə Ziya Bünyadov prospektində işıqforun qırmızı işığından keçib.

Bu zaman onun avtomobili Atatürk prospektində hərəkətdə olan və Elnur Məmmədovun idarə etdiyi “Range Rover” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin gücündən “Range Rover” körpünün dirəklərinə dəyərək dayanıb.

Hadisə nəticəsində E.Məmmədovun xəsarət aldığı bildirilir.

Əraziyə Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Son xəbərlər