Bakıda qəzaya düşən maşın alışdı, polis yanğını söndürdü - VİDEO
29
okt
2019
09:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün səhər saat 07:30 radələrində Bakı şəhər Səbail rayonu Mehdi Hüseyn küçəsində yol qəzası baş verib. Minik avtomobili qəzaya uğrayandan sonra alovlanmağa başlayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun Avtosfer.az-a verdiyi məlumata görə, hadisə yerinə ilk çatan yol polisi əməkdaşları ərazidən keçən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 18 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu Citiport” markalı avtobuslardakı yanğınsöndürmə balonları ilə yanğının miqyasının artmasının qarşısını qısa vaxtda alıblar: “Bu görüntüdən bir daha təsdiq olundu ki, avtomobillərdə odsöndürən balonların olması zəruridir”.
Oxşar xəbərlər
Avtomobil qəzaya düşüb yandı - Yol polisləri söndürdü - VİDEO
Bu gün səhər saat 07:30 radələrində Bakı şəhər, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yol qəzası baş verib.BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, mini...