Bakıda qəza baş verdi, ölən və yaralanan var

Bakıda qəza baş verdi, ölən və yaralanan var
Hadisə 364

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı avtomobil “Mercedes”lə toqquşub. Qəza nəticəsində “VAZ 2107”-də olan 2002-ci il təvəllüdlü Məmmədov Eşqin Vüqar oğlu ağır xəsarət alıb.

Avtomobilin digər sərnişini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Qurban Saqif oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər