Bakıda maşın yandı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.W xəbər verir ki, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Kia" markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
***17:50
Bakıda maşın yanır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yaxınlığında qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Oxşar xəbərlər
Məktəbdə şagirdə qarşı zorakılıq: Xanım direktor barəsində cinayət işi açıldı
Goranboy rayonunda şagirdi döyən məktəb direktoru barəsində cinayət işi başlanılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Qızılhacılı kəndində yerl...