Bakıda marşrut avtobusu yük maşını ilə toqquşub (YENİLƏNİB) - VİDEO

Bakıda marşrut avtobusu yük maşını ilə toqquşub (YENİLƏNİB) - VİDEO
Video
Hadisə 2340
Bu gün Bakının Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda "İsuzu" markalı xətt avtobusunun "Qazel" markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun ONA-ya verdiyi məlumata görə, qəzada xəsarət alan 3 qadın və 3 kişi 3 № li Şəhər Klinik Xəstəxana yerləşdirilib.Xəsarət alanlardan 2-nin durumu ağır, 4-nün durumu orta-ağırdır.***10:40***Bakıda avtobus qəzası baş verib.BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda qeydə alınıb."İsuzu" markalı xətt avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarındakı obyektə girib.Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər