Bakıda küçədə iki "bomj"un meyiti tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən Bakıda küçədə 2 nəfərin meyiti tapılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, oktyabrın 20-si saat 9 radələrində Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi ev 4/6-nın qarşısında naməlum kişi cəsədi tapılıb. Ölən şəxsin 1977-ci il təvəllüdlü R.Anatoliyeviç olması müəyyən edilib.
Oxşar hadisə dünən saat 6 radələrində Yasamal rayonunda baş verib. Şamil Əzizbəyov küçəsi ev 68-in qarşısında üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb. Onun 1970-ci il təvəllüdlü A.Rzayev olması müəyyənləşib.
Bildirilib ki, hər iki şəxs evsiz olub və tüfeyli həyat tərzi sürüblər.
Onların havaların soyuması ilə keçirdikləri ağır xəstəliklərin nəticəsində həyatlarını itirməsi ehtimal edilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....