Bakıda kişi sevdiyi qızın anasının qızıllarını oğurlayıb, özünə nişan mərasimi keçirdi - Polis saxladı
Bakıda kişi gələcək qayınanasının qızıllarını oğurlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində yerləşən evlərin birindən 22 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluqla əlaqəli cinayətə görə məhkum olunmuş 23 yaşlı H.Nəsibli müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı H.Nəsiblinin zərərçəkənin qızı ilə sevgili olduğu və taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla elə zərərçəkənin qızı ilə özünə nişan mərasimini təşkil edərək ona mobil telefon və nişan üzüyü hədiyyə edib.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Paytaxtın mərkəzi hissəsində boru partladı - Su küçəboyu axır
Paytaxt mərkəzi yerlərindən birində boru partlayıb. Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub. Qeyd edilib ki, hadisə Nizami metrostansiyası...