Sevgilisini öldürüb krana çıxan şəxs tutuldu - YENİLƏNİB

Sevgilisini öldürüb krana çıxan şəxs tutuldu - YENİLƏNİB
Hadisə 1140
Paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində qətl hadisəsi baş verib.BAKU.WS xəbər verir ki, Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.Bildirilir ki, cinayət iyunun 7-də gecə saatlarında Arif İsmayılov küçəsində qeydə alınıb. Adı hələlik açıqlanmayan qatil 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızına hücum çəkərək ona bir neçə bıçaq zərbəsi endirib.K.Mikayılova yaralı halda onu bıçaqlayan şəxsdən qurtulmaq üçün tanımadığı qadının evinə sığınıb, lakin bir müddət sonra həmin evdə qanaxmadan ölüb.Bundan sonra 8-ci Polis bölməsinə 20-ci sahə ərazisində bir nəfərin krana çıxaraq intihar etmək istəməsi ilə bağlı məlumat daxil olub.Məlum olub ki, intihar etmək istəyən kişi sevgilisini öldürdüyünü qışqırır. Hazırda polis əməkdaşları onu fikrindən yayındırmağa çalışırlar.İlkin məlumata görə, qətl hadisəsi qısqanclıq zəminində baş verib.***BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, cinayəti törədən şəxsin 37 yaşlı Fərhad Abışov olduğu məlum olub.O, aparılan psixoloji söhbətlərdən sonra intihar etmək fikrindən daşınıb.F.Abışov saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparılıb.

Oxşar xəbərlər

Son xəbərlər