Bakıda kafedə əməliyyat - 7 nəfər saxlanıldı - FOTO

Bakıda kafedə əməliyyat - 7 nəfər saxlanıldı - FOTO
Hadisə 679

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkarlanıb.

BAKU.WS xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı PB və Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayrı-ayırlıqda Yuxarı Sulutəpə qəsəbəsində “Faxralı”, Biləcəri qəsəbəsi Natəvan qəsəbəsi Natəvan küçəsində “Şuşa” kafelərinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq “Şuşa” kefesinin icarədarı 1 500 manat, digərləri 100 manat cərimə olunublar.

Son xəbərlər