Bakıda əyləncə salonlarında əməliyyat - 25 nəfər saxlanılıb - FOTO
Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq müəyyən olunan vaxtdan kənar sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyektlər aşkarlanıb.
BAKU.WS xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Rəşid Behbudov 18-də “05”, Nizami 8 ünvanlarında “Baku City” internet əyləncə - oyun salonlarının sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 25 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq obyekt sahibləri – 1981-ci il təvüllüdlü Teymur Səmədov, 1974-cü il təvəllüdlü Zaur Hüseynov 1500 manat, digərləri 100 manat cərimə olunublar.
Qalereya
Oxşar xəbərlər
Təhsil Nazirliyinin qarşısında aksiyaya cəhd olub, 7 nəfər saxlanılıb - RƏSMİ
Bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd g...