Bakıda karantin qaydalarını pozan restoran aşkarlandı, beş nəfər saxlanıldı - FOTO
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq müəyyən edilmiş vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbir şərtlərinin pozulması ilə fəaliyyət göstərən restoran aşkarlanıb.
BAKU.WS xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidməti və 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində iyunun 9-da Sulutəpə dairəsində “Ailəvi” restoranın icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Beş nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq obyektin icarədarı B.Mirzəyev 200, digərləri isə hər biri 100 manat cərimə olunublar.
Qalereya
Oxşar xəbərlər
Bakıda kafedə əməliyyat - Saxlanılanlar var
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtl...