Bakıda İYRƏNC hadisə - Meyvə şirəsindən görün nə çıxdı
Bakıda fəaliyyət göstərən şərab evlərindən birindən alınan meyvə şirəsi şok yaradan hadisə ilə yadda qalıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, meyvə şirəsini evə gətirib açdıqda içərisində naməlum və iyrənc bir maddə aşkar edib. Bu mənzərə onun və ailəsinin ciddi narahatlığına səbəb olub.
Hadisə ilə bağlı alıcı bildirib ki, məhsulun istehsal tarixi hələ keçməyib.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq.
Qurumun mətbuat katibi İlkin Kərimov BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu cür hallar olduqda şikayətçi agentliyin "qaynar xətti"nə məlumat verməlidir. Daha sonra şikayət qeydə alınır.
Banu Hüseynli
Oxşar xəbərlər
Anasını işdən gətirib və ... - Bakıdakı dəhşətli hadisə barədə
Yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayev...