Bakıda itkin düşmüş 14 yaşlı qız tapıldı - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda itkin düşən 14 yaşlı yeniyetmə Alina Cavadova tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə məlumat verib.
“Bu gün günorta saatlarında Suraxanı rayonu Günəşli qəsəbəsində itkin düşən 14 yaşlı A.C-aparılan intensiv əməliyyat-axtarış tədbirləri ilə yeri müəyyən olunub. Hazırda müvafiq polis bölməsinə aparılaraq ailəsinə təhvil veriləcək”, - deyə Elşad Hacıyev bildirib.
***19:20
Bakıda 14 yaşlı Alina Cavadova itkin düşüb.
Bu barədə onun anası Oksana Cavadova məlumat verib.
Onun sözlərinə görə, bu gün saat 11:30 radələrində qızı taksi ilə Neftçilər metro stansiyası yaxınlığından evə Günəşli qəsəbəsinə göndərib.
Taksi sürücüsü onu Günəşlidə “Bravo” marketin yaxınlığında düşürüb, lakin Alina hələ də evə qayıtmayıb.
Alinanın əynində yaşıl gödəkçə, boz şalvar, qəhvəyi rəngli çəkmə olub. Təxmini boyu 160-162 santimetrdir.
Alinanın harada olması ilə bağlı hər hansı informasiyaya sahib olanlardan 050-389-16-69 (anası) nömrəsi ilə əlaqə saxlaması və ya yerli polis bölməsinə müraciət etməsi xahiş olunur.
Oxşar xəbərlər
Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə...