Bakıda həyətinə girən şəxsi külünglə öldürüb basdırdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə sentyabrın 29-da saat 3 radələrində Novxanı bağlar sahəsindəki evlərin birində Tovuz rayon sakini R.Əlixanovun həyətə girmiş 40-45 yaşlı kişini külünglə qətlə yetirib meyitini yaxınlıqdakı bağ evinin həyətində basdırması barədə məlumat daxil olub.
BAKU.WS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Ekshumasiya edilmiş meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əlixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Novxanıda dəhşətli qətl: Həyətinə girən şəxsi öldürüb basdırdı
Novxanıda qətl hadisəsi olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin...