Bakıda obyektdəki yanğın qısa müddətdə tam söndürülüb

Bakıda obyektdəki yanğın qısa müddətdə tam söndürülüb
Video
Hadisə 965

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

***18:44

Xəbər verildiyi kimi, Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətimdə tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***17:47

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***17:38

Bakıda güclü yanğın başlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, tüstü Babək prospekti istiqamətindən səmaya yüksəlir.

Hələlik hadisənin tam olaraq hansı ərazidə baş verdiyi məlum deyil.

Sözügedən görüntüləri təqdim edirik:

Banu Hüseynli

Son xəbərlər