Bakıda gənc oğlan üzündən və boynundan bıçaqlanıb
21
avq
2022
10:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
9-cu mikrorayon ərazisində mübahisə zəminində bıçaqlanan 1993-cü il təvəllüdlü Əhmədov Bayram Sərdar oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona üz və boyun nahiyəsində kəsilmiz bıçaq yaraları diaqnozu qoyulub. Yaralı cərrahi işlənilib, aidiyyatı üzrə həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
17 yaşlı gənc kürəyindən bıçaqlandı
Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb. BAKU.WS-in Report-a istinadla məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Mübahisə zəminində 2005-ci il təvə...