Bakıda gənc oğlan özünü binadan ATDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gənc oğlan özünü 9-cu mərtəbədən atıb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, oktyabrın 30-da Fərəcov Murad Abbasəli oğlu yaşadığı Nəsimi rayon, A.Mustafayev küçəsində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində olan 36 saylı mənzilin yataq otağının pəncərəsindən özünü atıb.
Nəticədə Fərəcov Murad müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
İlkin müayinə nəticəsində Murad Fərəcovda bud çanağının sınığı, kəllə-beyin travması, sağ qabırğanın sınığı, ağciyər zədələnməsi aşkar edilib.
Murad Fərəcov komadadır, danışa bilmir.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Aysel Ələkbərzadənin intiharı ilə bağlı Nurlan Libre və həyat yoldaşı prokurorluğa çağırılıb
Feminist Aysel Ələkbərzadənin intihara cəhd etməsi faktı ilə bağlı Nurlan Libre və həyat yoldaşı Əsli Əlizadə prokurorluğa çağırılıblar. BAKU.WS APA-ya istinadə...