Bakıda gecə klubunda dava, 16 yaşlı qız sevgilisini bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gecə klubunda dava düşüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Xəqani küçəsində yerləşən gecə klubunda baş verib . 2009-cu il təvəllüdlü Mələk Həsənova (adı və soyadı şərtidir) Elnur adlı oğlanla sevgili olub. Elnur bir müddətdən sonra Mələkdən ayrılıb və Mələk Həsən adlı başqa oğlanla sevgili olmağa başlayıb.
Bir müddət öncə Mələk rəfiqəsi ilə gecə klubunda olarkən, Elnur da ora gəlib və Mələyə yaxınlaşıb nəsə deyib. Mələk gecə klubunda yüksək musiqi səsindən onun danışığını eşitməyib və Elnuru küçəyə çağırıb. Onlar küçəyə çıxarkən Mələyin sevgilisi Həsən onlarla rastlaşıb və məsələni aydınlaşdırmaq istəyib.
Nəticədə Elnurla Həsən arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Elnur Həsəni yerə yıxaraq ona yumruq və təpik zərbələri endirib. Bunu görən Mələk üzərində gəzdirdiyi bıçaqla Elnuru vurub.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, Mələk Həsənova saxlanılıb.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Mələk Həsənova 3 il azadlıqdan məhrum edilib.
Məhkəmə yeniyetmə olmasını nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzanı şərti hesab edib.
Oxşar xəbərlər
Babək prospektində avtomobilin körpüdən aşmasının ANBAAN GÖRÜNTÜSÜ
Bakının Nizami rayonunda, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində minik avtomobili körpüdən köməkçi yola aşıb. BAKU.WS xəbər verir ki, hadisə b...