Bakıda fahişə xidmətindən istifadə edən ərəbin başına iş gəldi

Bakıda fahişə xidmətindən istifadə edən ərəbin başına iş gəldi
Hadisə 2297
1996-cı il təvəllüdlü Küveyt vətəndaşı Abdulla Əlqheeb avqustun 25-də Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayətlə müraciət edərək fahişə tərəfindən qarət olunduğunu bildirib.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, avqustun 25-nə keçən gecə, saat 04:00-da Tbilisi prospektindəki “1033” gecə klubuna gedərək orada fahişənin xidmətlərindən istifadə edib.İlkin razılaşmaya əsasən, küveytli fahişəyə 200 dollar verməli imiş. Lakin qız göstərdiyi xidmətə görə pul ala bilməyib. Belə olan halda o, turistin mobil telefonunu götürüb və hadisə yerindən qaçaraq gizlənib.27-ci Polis Bölməsinin əməliyyatçıları tərəfindən aparılan cinayət-axtarış tədbirləri nəticəsində şübhəli saxlanılıb. O, 33 yaşlı Tovuz rayon sakinidir.Polis əməkdaşları saxlanılan qadının mobil telefonu turistə qaytarmasına nail olublar. Bundan sonra o, sərbəst buraxılıb.Fahişə pulunu yenə də ala bilməyib.Küveyt vətəndaşı avqustun 22-də Bakıya gəlib və ayın 30-dək burada qalmaq niyyətindədir.Qeyd edək ki, bu, ərəb turistlərin fahişələrdən şikayətləndiyi ilk belə hal deyil.

Oxşar xəbərlər

Elxan Zeynəbi döyüb pulunu əlindən aldı

Elxan Zeynəbi döyüb pulunu əlindən aldı

Bakıda qadın tanışı tərəfindən küçədə döyülüb.BAKU.WS bakupost.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini 1983-cü il təvəllüdlü Zeynəb Ağayeva rayon Poli...

519 Hadisə 18:20 30 iyul 2019

Son xəbərlər