Oteldə ərəbin başına oyun açdılar
24
iyl
2019
14:49
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 62 yaşlı vətəndaşı Faqini Həssən Məhəmməd Azərbaycanda qarət olunub.BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a Yasamal Rayon Polis İdarəsindən məlumat veriblər.İsmayıl bəy Qutqaşınlı küçəsindəki otellərdən birində qalan ərəb turist iyulun 22-də, səhər saat 11-də Yasamal Rayon Polis İdarəsinə şikayətlə müraciət edib.Onun sözlərinə görə, Şamaxı rayonuna səyahət zamanı pul kisəsi oğurlanıb. Pul kisəsində 700 ABŞ dolları, 200 Səudiyyə Ərəbistanı rialı və bank kartı olub.İşin materialları cinayətin törədildiyi yer üzrə Şamaxı Rayon Polis İdarəsinə göndərilib.
Oxşar xəbərlər
Bakıda hoteldə ərəbin başına oyun açdılar
Bakıda əcnəbi vətəndaşın hotel otağından oğurluq olub.BAKU.WS-in “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “İrşad” hotelində qeydə alınıb. Mehmanxanada tu...