Bakıda hosteldə turistin başına iş gəldi
08
iyl
2019
14:35
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulunun oğurlandığını bildirib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.Qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 70 minlik oğurluq
Bakıda 70 minlik cinayət törədən şəxsi polis saxlayıb.Daxili İşlər Nnazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Səbail rayon Pol...