Bakıda ər arvadını qətlə yetirib

Bakıda ər arvadını qətlə yetirib
Hadisə 6

Oktyabrın 15-də saat 09 radələrində Binəqədi rayonu ərazisində 1984-cü il təvəllüdlü Sahilə Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1981-ci il təvəllüdlü Ramil Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahilə Cəfərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Sumqayıtda gəncin qətli ilə bağlı RƏSMİ AÇIQLAMA

Sumqayıtda gəncin qətli ilə bağlı RƏSMİ AÇIQLAMA

Oktyabrın 10-u saat 4 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğun...

109 Hadisə 10:40 11 oktyabr 2021

Son xəbərlər