Bakıda dənizdə batmış bacılardan ikincisinin də meyiti tapılıb - FOTO - YENİLƏNİB

Bakıda dənizdə batmış bacılardan ikincisinin də meyiti tapılıb - FOTO - YENİLƏNİB
Foto
Hadisə 964

Bakıda dənizdə batmış bacılardan ikincisinin də meyiti tapılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın meyiti FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir.

***08:25

Xəzər dənizinin Nardaran qəsəbəsi hissəsində iki bacı boğulub.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, dənizdə batan bacılardan Ayselin 17, Aysunun isə 15 yaşı olub.

Böyük bacının meyiti artıq dənizdən çıxarılıb, balaca bacının axtarışları hələ davam edir.

Qeyd edək ki, Aysel bu il yüksək balla universitetə qəbul olubmuş. Onların atası hərbçi, anası evdar qadındır. Ailə 4 nəfərdən ibarət olub.

Son xəbərlər