Yasamalda göldə boğulan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

Yasamalda göldə boğulan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
Hadisə 748

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə batan 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 17:30

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə 1 azyaşlının batması barədə məlumat daxil olub.

BAKU.WS FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Bakıda su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb - YENİLƏNİB

Bakıda su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb - YENİLƏNİB

Bakıda təsərrüfat sahəsindəki su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar t...

1741 Hadisə 18:46 29 noyabr 2020

Son xəbərlər