Bakıda DƏHŞƏTLİ QƏZA – avtomobil qatara ÇIRPILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər rayonu Binə qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə şahidinin sözlərinə görə, bir avtomobil digər nəqliyyat vasitəsinə çırpılıb, zərbənin təsirindən maşın qatar yoluna çıxaraq qatara dəyib.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Lakin avtomobillərə ciddi ziyan dəyib.
Hadisə ilə bağlı Azərbaycan Dəmiryolları QSC-dən BAKU.WS-ə bildirildi ki, 27 may saat 07:00 radələrində yük qatarı Qala-Binə sahəsində hərəkətdə olarkən dəmiryol keçidində dayanaraq qatarın keçməsini gözləyən avtomobili arxadan gələn digər avtomobil vurub, nəticədə dayanmış avtomobil vaqonun pilləkəninə dəyib.
Hadisə barədə aidiyyəti üzrə məlumat verilib.
ADY bir daha sürücüləri dəmiryol keçidlərinə yaxınlaşarkən qaydalara ciddi əməl etməyə çağırır. Dəmiryol keçidlərinə yaxınlaşarkən sürücülər yol kənarındakı işarələrə diqqət yetirməli, sağa və sola baxaraq qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etməlidirlər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...