Bakıda DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi
Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.
Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.
Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış
Bakının Yasamal rayonunda baş verən partlayışda ölən gənc qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,...