Biləcəridə KATV1 interneti kəsildi – Sakinlər narazıdır

Biləcəridə KATV1 interneti kəsildi – Sakinlər narazıdır
Sosial 63

Bakı şəhərinin Biləcəri qəsəbəsində bu gün səhər saatlarından KATV1 internet xidmətində problem yaşanıb.

BAKU.WS-ə daxil olan məlumata görə, Biləcəri ərazisində yaşayan bir sıra abonentlər internet xidmətinin qəfil dayandığını bildiriblər.

Sakinlərin sözlərinə görə, problem səhər saatlarından müşahidə olunur və uzun müddət keçməsinə baxmayaraq, internet bağlantısı bərpa edilməyib. Bu səbəbdən onlar məsafədən çalışan şəxslərin, həmçinin onlayn təhsil və digər rəqəmsal xidmətlərdən istifadə edənlərin çətinliklə üzləşdiyini qeyd ediblər.

Vətəndaşlar yaranmış nasazlığın səbəbi və problemin nə vaxt aradan qaldırılacağı ilə bağlı rəsmi məlumat verilməməsindən də narazılıq edirlər.

Məsələ ilə bağlı KATV1 (AG Telekom MMC) ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimiz cavabsız qaldığından şirkətin mövqeyini öyrənmək mümkün olmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər