Netenyahu: Trampla aramızda heç bir problem yoxdur
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla münasibətlərində problem olmadığını bəyan edib.
BAKU.WS xəbər verir ki, Netanyahu ABŞ mətbuatına açıqlamasında İran məsələsində fikir ayrılıqları ilə bağlı iddiaları təkzib edib.
O bildirib ki, İsrail və ABŞ-nin əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
"Tramp ABŞ üçün, mən isə İsrail üçün ən doğru hesab etdiyimizi edirik. Hər ailədə və yaxın dostluqda olduğu kimi, bəzən fikir ayrılıqları yaranır. Biz bunları açıq şəkildə müzakirə edir və adətən həll edirik", – deyə Netanyahu bildirib.
Baş nazir vurğulayıb ki, İranın zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasını və uranın zənginləşdirilməsi obyektlərinin ləğvini istəyirlər.
Netanyahu, həmçinin Donald Trampın bu məqsədlərə danışıqlar yolu ilə nail ola biləcəyinə inandığını qeyd edib. O əlavə edib ki, İsrail bu məsələdə təkcə ABŞ-nin deyil, Hindistan da daxil olmaqla, digər ölkələrin dəstəyini də alır.
Oxşar xəbərlər
Avropada ölümcül "ət yeyən" bakteriya yayılır
Avropada ölümcül infeksiyalara səbəb olan "Vibrio vulnificus" bakteriyasının yayılma riski artıb. BAKU.WS xəbər verir ki, bu barədə "Metro" nəşri Avropa Xəstəli...