"Arzum"un səhhəti pisləşdi - Vəkilindən AÇIQLAMA
"TikTok"da daha çox "Arzum 9999" ləqəbi ilə tanınan İlduzə Hacıyevanın səhhəti pisləşib.
BAKU.WS "Unikal.az"a istinadən xəbər verir ki, bu barədə tiktokerin vəkili Hikmət Əliyev bildirib
Vəkilin sözlərinə görə, ona müntəzəm olaraq həkim nəzarəti lazımdır. Vəkil onu da bildirib ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriləcək.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən "Arzum" ləqəbli bloqer İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı isə məhkəməyə tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 9 radələrindən başl...