Doğukan Güngör əsgərlikdə 9 kilo arıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli aktyor Doğukan Güngör hərbi xidmətini başa vuraraq yenidən gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, Alaçatıda jurnalistlərin suallarını cavablandıran aktyor bildirib ki, əsgərlik dövrü onun üçün həm maraqlı, həm də yaddaqalan keçib.
O, bu müddətdə yeni dostlar qazandığını və fiziki görünüşündə də ciddi dəyişiklik yaşandığını deyib.
Doğukan Güngör açıqlamasında hərbi xidmət zamanı 9 kiloqram çəki itirdiyini qeyd edib.
Xatırladaq ki, aktyor geniş tamaşaçı auditoriyasının sevgisini "Kızılcık Şerbeti" serialında canlandırdığı "Fatih" obrazı ilə qazanıb. Onun hərbi xidmətdən sonra yeni layihələrdə yer alacağı da maraqla gözlənilir.
Oxşar xəbərlər
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial BU TARİXDƏ BAŞLAYIR
Türkiyədə qalmaqala səbəb olan "Hamal" serialının yayım tarixi açıqlanıb. BAKU.WS xəbər verir ki, ekran işi 15 dekabrdan etibarən tamaşaçılara təqdim olunacaq....