Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonunda baş verən partlayışda ölən gənc qız bir neçə gün əvvəl ali məktəbə qəbul imtahanı veribmiş.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Zəhra İsrafilova imtahandan 500-dən yuxarı bal toplayıbmış.
Məlumata görə, qız yaxın günlərdə ixtisas seçimi edəcəkmiş.
Qeyd edək ki, iyunun 4-də səhər saatlarında Bakının Yasamal rayonu, Ümid Əkbərov küçəsində ikimərtəbəli evdə partlayış baş verib.
Hadisə nəticəsində 2010-cu il təvəllüdlü Zəhra İsrafilova dünyasını dəyişib, üç nəfər ailə üzvü isə dağıntılar altından sağ çıxarılıb.
Oxşar xəbərlər
Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı
Bərdədə 40 yaşlı kişinin meyiti aşkarlanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarağaclı kəndində baş verib. Araşdırma zamanı cansız bədə...